Tanınmış iş xanımın ailəsində xoş gün - FOTO

Bu gün tanınmış iş xanımı Zərinə Ulduzun oğlunun doğum günüdür.
İş xanımı Redaktor.az-a açıqlamasında bildirib ki, oğlu Samiq Hüseynov üçün heç bir doğum günü şənliyi keçirməyəcək:
"Cəbhədə igid oğullarımız torpaqlarımızın işğaldan azad edilməsi üçün canlarından keçiblər, şəhid olublar. Onların xatirəsinə hörmət etmək hamımızın borcudur. Oğlumu hərbi xidmətə yola salanda gözəl məclis təşkil edərəm. Gedib şərəflə vətənimizə xidmət edər, sağ-salamat geri dönər", - Z.Ulduz əlavə edib.

