Qiyməti 1,5 milyon dollar olan maska

 02:23 18.11.2020     819

Dünyanın ən bahalı COVID-19 maskası hazırlanıb.

Redaktor.az xəbər verir ki, dəyəri 1 milyon 500 min dollar olan maska İsraildə istehsal edilib. COVID-19 maskasını qızıl istehsalı ilə məşqul olan şirkətlərdən biri ərsəyə gətirib.

250 qram saf qızıldan hazırlanan maska 18 əyyardır. COVID-19 maskasının üzəri 3 600 ağ və qara brilyant qaşlarla bəzədilib.

Şirkətin iddiasına görə, maska istifadəyə tam hazır formada düzəldilib. Şirkət rəsmiləri bildirib ki, maska Amerikada yaşayan çinli iş adamının sifarişi ilə hazırlanıb.

//Open.az

Vumart və Güvən reklamı Vumart Güvən