Azərbaycandakı dini tolerantlıq dünya şöhrətli fotoqrafı heyran etdi - FOTO

 06:08 19.11.2020     319

Dünya şöhrətli fotoqraf Reza Deqati Azərbaycanda dini tolerantlığın nümayişindən heyranlığını bildirib.

Belə ki, o, özünün Tvitter hesabından müxtəlif dini icma nümayəndələrinin Bakıdakı “Şəhidlər xiyabanı”nda “Əbədi məşəl”in yanında bir yerdə fotosunu paylaşıb.

“İndi birlikdə sülhü inşa etməyin vaxtı gəldi. Azərbaycanda xristian, müsəlman və yəhudi icmaları birlikdə dinc şəkildə yaşayırlar. Bu hekayələr, qarşılıqlı hörməti bölüşmək arzusu ilə hərəkət edən müxtəlif dini qrupların inanılmaz assimilyasiyasına işıq tutur”, - deyə şəklin şərhində vurğulayıb. \\Oxu.az