Azərbaycanın qələbəsinə həsr olunmuş konsert - Türkiyə

Azərbaycan ordusunun Dağlıq Qarabağdakı Ermənistan üzərindəki qələbəsi, Türk Radio və Televiziya Təşkilatının (TRT) musiqi kanalında konsertlə qeyd ediləcək.
Redaktor.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
“Qarabağda bayram var” adlı konsert Türkiyə Musiqi Kanalında Azərbaycan xalq mahnıları və gözəl Azərbaycan rəqsləri ilə yayımlanacaq.
Konsert bugün Türkiyə vaxtı ilə 19: 45-də ( Bakı vaxtı ilə 20:45) TRT Musiqi Kanalında canlı yayımlanacaq.