Adəm peyğəmbər Ağdamda yaşayıb - Alimdən ŞOK İDDİA

 11:39 20.11.2020     660

“İlk dəfə bir ərazi kimi Ağdam adı ərəb tarixçilərinin 1357-ci ildə yazdıqları “Səyahətnəmə” kitabında çəkilib. Ərəb səyyahları bu ərazidən keçən zaman 1147-ci ilə aid qəbristanlıqda araşdırma aparandan sonra rayonun dünyanın ən qədim yaşayış məskənlərindən biri olduğunu yazıblar”.

Redaktor.az xəbər verir ki, bu sözləri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev qeyd edib. O bildirib ki, orta əsr mənbələri, xüsusilə də ərəb çoğrafiyaşünas və səyyahlarının qeydləri sayəsində Azərbaycanın bir çox orta əsr şəhərlərinin adları dövrümüzədək gəlib çatıb:

“Həmin mənbələrdən məlum olur ki, o zaman səyyahlar həm də ticarətlə məşğul olurdular. Buna görə də, onların coğrafi qeydləri tacirlər üçün nəzərdə tutulurdu. Odur ki, həmin yazılı mənbələrdə üstünlük daha çox ticarət yollarına və onların keçdiyi şəhərlərə verilir, yaşayış məntəqələri arasındakı məsafələr göstərilirdi.

Ağdam sözünün digər bir mənası “Ağ insan” mənasını verir. Bunu məşhur alim, rus şərqşünası, akademik Vasili Vladimiroviç Bartold təsdiq edir. Ağdam ərazisində rus alimlərinin apardığı araşdırmalardan sonra Bartold və bir neçə alimin gəldiyi yekdil qərara görə, Ağdam - Ağ Adəm, ilk insan mənasın verir.

Barrtold yazır: Dünya tarixində ilk dəfə olaraq ən qədim buğdanın Ağdamın Əfətli kəndində yerləşən Çalağan təpəsindən tapılması bizə bu qərara gəlməyimizə şərait yaratdı. 7 min il yaşı olan buğdanın bu ərazidə tapılması ilk insanın – Adəmin burda yaşamasının bariz nümunəsidir”.

Mahir Xəttab \ Redaktor.az