Niderlandda sirli məzarlıq aşkar olunub
Niderland arxeoloqları 20 insan skeletinin olduğu kütləvi məzarlıq aşkarlayıblar.
Redaktor.az xəbər verir ki, məzarlıq torpaq işləri zamanı Vianen şəhəri yaxınlığında orta əsrlərə aid Beytşteyn qalasının ətrafında aşkar edilib. Bildirilir ki, insan qalıqlarının arasında hər hansı bir parça və ya zərgərlik əşyasının izinə rast gəlinməyib.
Yerli bələdiyyə sədri Krista Hendriksen tapıntıdan təəccübləndiyini deyib. Onun sözlərinə görə, bəzi skeletlər üst-üstə yığılıb.
“Bunun tarixi bir tapıntı olduğu aydın görünür. Skeletlər son Orta Əsrlərdən bir neçə əsr əvvələ təsadüf edir”, - deyə Hendriksen bildirib.
Mütəxəssislər ərazidə başqa qalıqların tapılacağını istisna etmirlər. //APA












