NASA Aya gedəcək heyəti açıqlayıb
2024-cü ildə Aya gedəcək heyətdə doqquz qadın və doqquz kişi olmaqla, ümumilikdə 18 astronavt var.
Redaktor.az bildirir ki, bütün heyət üzvləri Ay səthinə uçuşlara qatılmayacaq, ancaq hər zaman vəzifə üçün hazır olacaqlar.
Təxminən üç ildir işləyən “Artemis” layihəsində 2021-ci ildə pilotsuz uçuşlar, 2023 və 2024-cü illərdə isə pilotlu uçuşlar planlaşdırılır.
Cosef Vonder, Kayla Barron, Raja Çari, Matteo Dominik, Victor Glover, Varren Hoburq, Conni Kim, Kristina Koç, Kjell Lindqren, Nikol A Mann, Anne MakKleyn, Cessika Meyer, Jasmin Moqbeli, Keyt Rubins, Frank Rubio, Skott Tinql, Cesika Vatkins, Stefani Vilson heyətə daxildirlər.
ABŞ Prezidenti Donald Tramp NASA-ya 1,6 milyard dollarlıq əlavə büdcə ayırdığını deyib.












