Boliviyada 20 yeni heyvan və bitki növü aşkarlanıb
Elm adamlarından ibarət ekspedisiya Boliviyanın And dağ silsiləsində elmə məlum olmayan 20 heyvan və bitki növü aşkar ediblər.
Redaktor.az xəbər verir ki, bu barədə “Conservation International” qeyri-kommersiya təşkilatı məlumat yayıb.
Bildirilib ki, onların sayı tükənmək üzrədir.
Alimlərin ekspedisiyasına “Conservation International”ın proqram rəhbəri Trond Larsen və Boliviyanın paytaxtı La-Pas yaxınlığında Yerli təbiəti qoruma şöbəsinin müdiri Klaudia Kortez rəhbərlik edib. //APA












