Məşhur filmin ssenarisi həyatda təkrarlandı - VİDEO

 00:56 25.12.2020     608

Rusiyanın Kirov vilayətinin sakini Yeni il ərəfəsində məşhur sovet filmi “Ирония судьбы, или С лёгким паром!”un (“Qəribə təsadüf və ya həmişə təmizlikdə”) ssenarisini təkrarlayıb. Belə ki, sərxoş kişi doğma Kirovo-Tsepetska əvəzinə Kirovda ayılıb.

Redaktor.az xəbər verir ki, kadrlarda kişinin səndələyə-səndələyə binanın girişinə yaxınlaşdığı və uzun müddət içəri girməyə çalışdığı görünür. Binaya girdikdən sonra o, liftlə lazım olan mərtəbəyə qalxır və mənzillərdən birinə yaxınlaşaraq qapını açmağa çalışır.

Bir müddətdən sonra onun köməyinə bir qadın gəlir, amma o da qapını aça bilmir. Səs-küy qonşuların diqqətini cəlb edib. Onlar polis çağırırlar.

Hadisə yerinə gələn hüquq mühafizəçiləri kişinin sənədini yoxlayanda isə onun başqa şəhərdən olduğu ortaya çıxıb. //Oxu.az 

Vumart və Güvən reklamı Vumart Güvən