Futbolçunun butsunu oğurlayan it meydana daxil oldu
Boliviyada "Strongest" və "Nasyonal Potosi" komandaları arasında yoldaşlıq matçı zamanı maraqlı hadisə baş verib.
Redaktor.az-ın məlumatına görə, futbolçularından birinin butsunu oğurlayan it meydana daxil olub. O, otun üzərində uzanaraq butsu çeynəməyə başlayıb.
Daha sonra oyunçulardan biri iti qucağına alıb və meydandan çıxarıb. //Report












