Təcili yardım maşını belə qaçırıldı - VİDEO

 07:50 31.12.2020     379

Tibb işçiləri pasiyentin yanında olarkən təcili yardım maşını qaçırılıb.

Redaktor.az-ın məlumatına görə, hadisə Rusiyanın Sverdlovsk vilayətində baş verib.

Təcili tibbi yardım maşını Novoalekseyevka kəndinə yaşlı bir qadının çağırışına yollanıb.

Briqada öz işini görərkən, bir kişi yaxınlaşıb, maşını qaçırıb və yeddi kilometr məsafədə qonşu kəndə sürüb. Sonra isə maşını burada ataraq, qeydiyyat kamerasını da götürüb və aradan çıxıb.

Lakin uzağa qaça bilməyib. Şübhəli polislər tərəfindən saxlanılıb. //Oxu.az 

Vumart və Güvən reklamı Vumart Güvən