ABŞ-da təhlükəli hadisələr olacaq - "Simpsonlar" yenə bildi...

Dünyada maraqlı hadisələr baş verdiyi zaman ağla ilk gələn məşhur "Simpsonlar" animasiya serialı olur.
Redaktor.az xəbər verir ki, həmin serialda yanvarın 20-də Co Baydenin ABŞ Prezidenti olması ilə bu ölkənin Sprinqfild şəhərində qiyamət olacağı iddia edilir. Serialın gələcəkdə baş verənləri öncədən görmə potensialını nəzərə alsaq, bu hadisə bir çox amerikalının qorxmasına səbəb olub.
Serialın ötən ilin noyabrın 1-də yayımlanan bölümündə Homer adlı obrazın ABŞ-da keçirilən seçkilər günü evində yatması və yuxuda səsverməsi təsvir olunub. Homer oyandıqdan sonra bir əlində pivə, digər əlində tüfəng evin damında oturub. Şəhərdə dolaşan robotlar isə təhlükəsizliyi qorumaq üçün nəzarət ediblər.
Növbəti səhnədə 4 atlı əllərində ağ bayraqlarla şəhərə daxil olub. Həmin bayraqların üzərində soldan sağa "Qorxulu ağac ev", "Xəstəlik", "Qıtlıq", "Müharibə" yazılıb.
Qeyd edək ki, "Treehouse of horror" "Simpsonlar"ın hər il "Halloween" festivalı zamanı yayımlanan özəl bölümləridir və bu görüntülər həmin bölümdə əks olunub.
Həmçinin, 2020-ci il seçkilərində səs vermə xəritəsi serialın 2012-ci ildə yayımlanan bölümündə təsvir edilmişdi.
Şəfəq Samed \ Redaktor.az