İlon Maskın sərvəti 200 milyard dolları keçdi

 11:18 10.01.2021     692

“Tesla” və “SpaceX” şirkətlərinin qurucusu İlon Maskın sərvəti ilk dəfə olaraq 200 milyard dolları keçib.

Redaktor.az verir ki, bu barədə “Bloomberg” agentliyi hesablama aparan “Bloomberg Billionaires Index”ə (BBI) istinadən yazıb. 10 yanvar tarixinə olan məlumata əsasən, Maskın sərvəti 14,5 milyard dollar artaraq 209 milyard dollara çatıb.

Yanvar ayının əvvəlində Mask “Amazon”un yaradıcısı Ceff Bezosu geridə qoyaraq, ilk dəfə dünyanın ən varlı adamları siyahısında 1-ci yerə yüksəlib. Həmin ərəfədə İ.Maskın sərvəti 195 milyard dollara qədər artmışdı və Bezos 185 milyard dollarlıq kapitalla ikinci yerdə qərarlaşmalı olub.

C.Bezos 2017-ci ildən bəri 1-ci yerdə idi. Bu dinamika “Tesla” şirkətinin səhmlərinin qiymətinin artımı ilə əlaqələndirilir. //APA