Qışda ev güllərinə qulluq: Bu qaydalara DİQQƏT

 00:52 15.01.2021     2982

Havalar soyuyan kimi dibçək güllərini evə köçürürük. Bu onların soyuqdan qorunması üçün vacibdir. Güllər otağa daşınmamışdan öncə dizenfeksiya olunmalıdır.

Redaktor.az məlumat verir ki, bağbanlar gülləri bir dibçəkdən digərinə köçürülməsini fevral ayında həyata keçirilməli olduğunu bildirirlər. Çünki həmin ay ərzində bütün bitkilər inkişafdan dayanır.

Dekorativ bitkiləri isə qışın soyuğundan qorumaq üçün onların dibinə üzvü gübrələr tökülməlidir. Bu gübrələr həm onların köklərini şaxtadan qoruyur, həm də yazda inkişafına kömək edir. Güllərin bizə daim gözəlliklər bəxş etməsi üçün mütəmadi onların qayğısına qalmalıyıq. Güllərə qulluq etmək asan bir iş kimi görünsə də, əslində olduqca çətindir. Güllərə qulluğun 5 vacib qaydası var.

Nəm səviyyələrinə diqqət yetirin

Söhbət ev bitkilərindən gedirsə, mühitdəki nəm səviyyəsi çox vacibdir. Fəsil dəyişiklikləri qədər, evinizə ən uyğun olan bitkiləri öyrənməyiniz də vacibdir. Məsələn, tropik bitkilərin nəmə daha çox ehtiyacı var. Amma istilik səviyyəsi daha aşağı olan bir yerdə yaşayırsınızsa, daha çox nəmişlik yaratmağın da yolları mövcuddur. Dibçəyin dibinə çay daşları yerləşdirmək və ya dibçəyi su dolu bir qabın içinə qoymaq bu üsullardan bir neçəsidir. Sprey başlıqlı su qabı ilə yarpaqları nəmləndirmək də bir digər üsuldur.

Çox sulama və drenaj

Çox sulandıqda və ya davamlı olaraq drenaj edilmədikdə, bitkilərin kökləri çürüməyə başlayır. Daşlar və digər drenaj məhsulları normal tarazlığı saxlamağınıza kömək edə bilər. Sulama aralarında torpağın qurumasına icazə vermək də güllərin daha uzun ömürlü olmasına səbəb olur.

Gün işığı

Su qədər işıq da bir bitkinin ömrü üçün çox vacibdir. Güllərinizi evinizin gün işığı düşən yerlərinə yerləşdirin. Bitkilər növlərinə görə birbaşa günəş işığına və ya kölgəyə ehtiyac duyurlar. Əgər az işıq istəyən bitkiləri birbaşa günəş işığı düşən yerlərə qoysanız, yarpaqlar yanıb qaralmağa başlayar.

Gübrə və zərərvericilər

Bitkilərinizə gübrə vermək onların yaxşı inkişaf etməsinə səbəb olur, ancaq həddən artıq gübrə vermək sizi dibçəyi dəyişdirməyə məcbur qoya bilər. Xüsusilə yay aylarında bitkinizi zərərvericilər üçün cəlbedici hala gətirə bilər. Bitkilər üçün ümumi qayda, adətən yaz və yay aylarında, yəni böyümə dövrləri ərzində ayda bir dəfə gübrələməkdir.

Yerlərini çox tez-tez dəyişdirməyin

Bitkilərinizin yerini dəyişdirmək sizə maraqlı gələ bilər, amma ev heyvanları kimi otaq bitkiləri də çox yer dəyişdirməyi xoşlamırlar. Buna görə də onun üçün ən uyğun yeri əvvəlcədən seçin və məcbur qalmadıqca dəyişdirməyin. //Lent.az