Dünyada ilk: 4 yaşlı uşaq cinsiyyətini özü seçdi

 05:12 16.01.2021     250

Yaxın zamanda uşağa öz cinsiyyətini şəxsən, müstəqil olaraq seçmək imkanı yaradılacaq. Cəmiyyət insanın cinsiyyətinə qarşı neytral mövqeyə doğru aparılır.

Redaktor.az xəbər verir ki, amerikalı həkim Kil Mayers Avstraliyada çalışır. Onların 2016-cı ildə övladı dünyaya gəlib. Onlar heç kimə oğlan və ya qız olduğunu deməyərək, bütün qohumlara uşağın cinsini müzakirə etməyi qadağan ediblər.

Valideynlər elan ediblər ki, uşaq özü kim olacağını seçəcək. Hələliksə o ancaq uşaqdır.

Qadın bunu yeni gender yaradıcı tərbiyə adlandırır.

Uşağa neytral bir ad veriblər: Zumer

Uşaq istədiyi rəngdə geyinib, istədiyi kimi oynayıb, istədiyi oyuncağı seçib.

Valideynlər deyir ki, uşaq doğulanda cinsini özü seçə bilmir və doğulan kimi cəmiyyət ona cinsiyyətinə uyğun davranır, qadağalar qoyur.

“Bİz hesab edirik ki, cinsiyyət insanın düşünülmüş seçimi olmalıdır”.

İlk dəfə Zumer 4 yaşında cinsiyyəti barədə fikir deyib. O özünü oğlan kimi təqdim edirdi. Amma validenyləri hələ də ona oğlum yox, övladım deyir.

4 yaşlı uşaq cinsiyyətini özü seçdi  -  Dünyada ilk//Medicina.az