Koronavirus təkcə almanlara pul qazandırır - SƏBƏB

 12:15 18.01.2021     373

Koronavirusun dünyada ciddi böhran yaratdığı bir dövrdə almanların sərvət qazanması qeyri-adi fakt hesab olunur.

Redaktor.az xəbər verir ki, dünyaya avtomobil və digər texnoloji avadanlıqlar satan almanlar bundan böyük vəsaitlər əldə edirlər.

Statistik məlumatlara görə, əhalinin qənaət göstəriciləri ötən illə müqayisədə 16,3% artıb. Banklardakı və müxtəlif fondlardakı pul ehtiyatı 7,1 trilyon dollara çatıb.

Federal Statistika İdarəsi tərəfindən aparılan hesablamalara görə, qənaət nisbəti 2020-ci ildə bir rekord həddə çatıb.

Düşük faiz dərəcələrinin insanları əmanətə və ya alternativ investisiyalara yönəltdiyi, pulların çoxunun banklarda passiv qaldığı ifadə edilir.

Orxan İsmayıl / Redaktor.az