Evdə qatıq hazırlamaq üsulu - RESEPT
Evdə dadlı qatıq hazırlamaq istəyənlər üçün maraqlı xəbərimiz var.
Redaktor.az-ın məlumatına görə, aşağıdakı respt bu məsələdə sizin işinizi asanlaşdıracaq.
Südü konus formalı, təmiz çuqun qaba süzün (dərhal sağdıqdan sonra). Ən cüzi çirk belə məhsulun korlanmasına səbəb ola bilər. Bundan başqa, ən mühüm şərtlərdən biri də qaba yuxarıdan işığın düşməməsidir. Bu, məhsulun keyfiyyətinə mənfi təsir göstərə bilər. Bundan sonra südü vam odda qaynadın və köpük əmələ gələndə qırağa çəkin. Qaynanmış südü əvvəlcədən hazırlanan yerə qoyun. Qabın yerini dəyişdirmək, südü qəti qatışdırmaq olmaz. Süd soyuyur və onun temperaturu 25 dərəcəyə çatdıqdan sonra üzərində yaranan pərdəni yavaş-yavaş aralayaraq həmin "girişdən" südün içinə ehtiyatla çalası (maya) əlavə edin. Maya üçün boyat qatıqdan (5-6 dəfə su qatılmış) istifadə edin. Maya qabın dibinə çatmalıdır. Bundan sonra çuqun qabı qapaqla örtüb, istilik üçün təmiz dəsmala bükün.
Bir sutkadan sonra qatıq hazır olacaq. //Dadlı.az












