Nəhəng timsah köpək balığını uddu - VİDEO

 07:15 09.02.2021     291

Avstraliya sahillərində qeyri-adi hadisə qeydə alınıb.

Redaktor.az xəbər verir ki, timsah kiçik köpək balığını yeyərkən kameralara tuş gəlib.

Hadisə İvon Palmer çimərliyində baş verib. Kadrlarda uzunluğu dörd metrə çatan timsahın okean sularından çıxaraq, ləpələrin vurub sahilə atdığı köpək balığını çeynəyərək udması görüntülənir.  

Qeyd edək ki, bu video sosial şəbəkələrdə sürətlə yayılaraq böyük marağa səbəb olub. //Oxu.az 

Vumart və Güvən reklamı Vumart Güvən