“Habble” kosmik “qum saatını” göstərdi - FOTO

 08:30 11.02.2021     400

Habble Kosmik Teleskopu “Qalxan” bürcündə qeyri-adi planetar dumanın fotoşəkilini çəkib.

Redaktor.az-ın məlumata görə, söhbət formasına görə “qum saatı” adlanan bipolyar M1-63 dumanlığından gedir.

Şəkil rəsədxananın veb saytında yayımlanıb. Alimlərin bildirdiyinə görə, dumanlığın mərkəzində olan ulduz özündən sonra qaz və toz buludunu arxada qoyduqda belə bir görünüş yaranır.

O da vurğulanır ki, M1-63 Yerdən 32,000 işıq ili məsafədə yerləşir.

//Oxu.az 

Vumart və Güvən reklamı Vumart Güvən