Məhkəmə iclasında məzəli vəziyyət - VİDEO
ABŞ-ın Texas ştatında Rod Ponton adlı vəkil məhkəmə iclasına pişik obrazında görünüb.
Redaktor.az-ın məlumatına görə, bu barədə videonu iclasda iştirak edən məhkəmə hakimi yayımlayıb.
Bildirilib ki, hüquq müdafiəçisi səhvən filtri yandırıb və məhkəmədə qəmgin pişik şəklində görünüb. Ponton nə qədər çalışsa da, proqramı düzəldə bilməyib.
“Mən burada canlı yayımdayam, mən pişik deyiləm”, - deyə vəkil bildirib.
Pontonun müsahibləri hadisəni yumorla qarşılayıblar. //Oxu.az












