DİQQƏT: Öldükdən sonra 180 min dollara DİRİLƏ BİLƏRSİNİZ! - 15 TÜRK GÖZLƏYİR... / FOTO
Ölülərin dirildilməsi, yəni "Cryonics" ifadəsinin mənası "insanların gələcəkdə yenidən dirilməsi üçün dondurulması" deməkdir.
Redaktor.az bildirir ki, bu fikrə ilk dəfə 1930-cu illərdə Neil R.Jonesin yazdığı romanda rast gəlinib. 1967-ci ildə isə bu fikir ilk dəfə ABŞ-da həyata keçirilib və dondurulan ilk insan psixoloq James Bedford oldub. 73 yaşında ağciyər xərçəngi nəticəsində vəfat edən J.Bedford dondurulmuş vəziyyətdə saxlanılır.
Filmlərdəki ssenarilərdə insanların doldurulduğunu görmüşük. Bəs niyə J.Bedford ölümündən sonra dolduruldu? Bu sualın cavabı əslində "Cryonics" terminində mövcuddur. Bu, yalnız insanlar öldükdən sonra tətbiq oluna bilər. Əgər diri insan dondurulursa, evtanaziya baş verir. Əslində, deyə bilərik ki, onların dirilmə ehtimalı azdır, çünki bu cür könüllülərlə bağlı hələ heç bir təcrübə olmayıb.

Şəxs öz razılığı ilə dondurulduqda yenidən ayılma ehtimalı yüksəkdir, çünki dondurulma prosesi aşağıdakı kimidir:
İnsan dondurulması mərhələləri
-Bədən əvvəlcə buz qəlibləri ilə soyudulmağa başlanır.
-Bədəndəki qan qabırğa qəfəsindən girilərək alınır.
-Qliserol - 50 dərəcədə verilir, bu da qan əvəzinə laxtalanmanın qarşısını alır.
-Bədən istiliyi qliserol ilə - 50 dərəcəyə endirilir.
-Bədən hüceyrələrin deformasiyaya uğramaması üçün maye azotda -196 dərəcədə saxlanılır.
Şirkət qurulduğu gündən bəri düz 230 nəfər dondurulmuş formada həyata qayıtmağı gözləyir. Bunun üçün şirkətlə müqavilə bağlanmalı və sifarişlə həyat sığortası yolu ilə əməliyyat aparılmalıdır. Öldüyünüz zaman bu vəziyyət üçün təlimat verirsiniz. Siz öldükdən sonra sığorta pulu şirkətin hesabın yatırır, onlar isə sizi dondururlar. Proses əvvəlcə təkcə ABŞ-da həyata keçirilirdi, indi isə dünyanın hər yerindən müştəri qəbul edirlər. Müştərilərin arasında 15 türk var. Onu da qeyd edək ki, bu müqaviləni imzalayanların sayı 1000-dən çoxdur. Təkcə başını dondurmaq istəyənlər 80-100 min dollar, bütün bədənini dondurmaq istəyənlər isə 180-200 min dollar ödəməlidirlər.



Orxan İsmayıl / Redaktor.az












