ABŞ alimləri donuzlara video oyun oynamağı öyrədiblər

 02:50 13.02.2021     291

ABŞ-ın Perdyu Universitetinin alimləri donuzlara video oyun oynamağı öyrədiblər.

Redaktor.az xəbər verir ki, sınaqların gedişində donuzlara kompüterə qoşulmuş joystikdən necə istifadə edilməsi nümayiş olunub. Təcrübədə iştirak edən Ayvori, Eboni, Hamlet və Omlet adlı dörd donuz joystikdən düzgün istifadə etməyi və ekranda baş verənləri izləməyi öyrəniblər.

Kursorun divarla toqquşmasını tələb edən video oyunun qalibi isə Hamlet və Omlet olub. Qaliblərə mükafat olaraq dadlı yemək verilib. //Oxu.az 

Vumart və Güvən reklamı Vumart Güvən