Norveçdə böyük xəzinənin açarı tapılıb - FOTO

 07:15 24.02.2021     134

Norveçin Tronheym şəhərindəki Nidaros lüteran məbədinin təmiri zamanı maraqlı tapıntı aşkarlanıb.

Redaktor.az biıdirir ki, bu barədə kilsənin restavrasiyasına həsr olunmuş “Facebook” səhifəsində məlumat verilib. Məlumata görə, xarrat məbədin taxta divarları arasındakı gizlin yerdə açar və kiçik yazı parçası tapıb. 1830-cu ildə yazıldığı qeyd olunan mətndə deyilir: “Bu açarı kim tapsa, bilsin ki, o, 500 kq qızılın basdırıldığı gizli otağın açarıdır”.

Restovratorlar yazının həqiqi olduğunu bildiriblər. Lakin sözügedən otaq hələ ki, aşkar olunmayıb.

//Oxu.az