Şokolad yeyən qadınla daha seksual olur - Yaxşı təsir edir...

 02:20 02.03.2021     638

Yaxşı bir xəbər var ki, alimlər hər gün şokolad yeməyi məsləhət görürlər. Onun tərkibində kakao və şəkər az olarsa, faydaları bir o qədər çox olar.  

Redaktor.az sizə gündə şokolad yeməyin 6 səbəbini təqdim edir:

Şokolad beyni işləməyə məcbur edir

Onun tərkibində olan olifenol maddəsi qan dövranını, fenilalalin yaddaşı, teobromin və kofein iş qabiliyyətini yaxşılaşdırır. Bir parça qara şokolad insanı bir fincan qəhvədən daha yaxşı gümrahlaşdırır.

Tərkibində yaşıl çayda və almada olduğundan çox miqdarda antioksidant var

Antioksidantlar sərbəst radikallarla mübarizə aparırlar. Bu hissəciklər xərçəngin, aterosklerozun, Alzeymer xəstəliyinin, diabetin, kataraktanın və bundan əalvə 50-ya yaxın təhlükəli xəstəliklərin inkişafına səbəb olur.

Qara şokolad qadınlar üçün yaxşı afrodizyak hesab edilir

İtaliyan alimləri hesab edirlər ki, şokolad sevən qadınların seksual aktivliyi bu şirniyyatı sevməyənlərlə müqayisədə çox yüksək olur. Bunun səbəbi isə şokoladın tərkibində fenilalanin maddəsinin olmasıdır. Bu maddə endorfinin əmələ gəlməsini sürətləndirir.

Şokolad əhval-ruhiyyəni yaxşılaşdırır

Kakao tozunun tərkibində stressi aradan qaldıran, əhvalı yüksəldən bir çox maddələr var. Həmçinin, şokoladın tərkibində kannabinoid adlı maddə də var ki, əhvala yaxşı təsir edir.

Üərk-damar xəstəlikləri ilə mübarizə aparır

Alimlər  50-64 yaşlı 55 min insanı qiymətləndirərək müəyyən ediblər ki, gün ərzində 30 qram şokolad yeyən insanlar 30% daha aza ürək-damar xəstəliyinə tutulur.

Şokoladla öskürəyi sağaltmaq mümkündür

Alimlərin bildirdiklərinə görə, şokolad öskürəyi hətta ən təsirli dərmanlardan belə yaxşı sağaldır.

Aytac / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən