Dünyanın ən qədim titanozavrının qalıqları tapılıb

 00:50 04.03.2021     317

Argentinanın Pataqoniya regionunda paleontoloqlar dünyanın ən qədim titanozavrının qalıqlarını tapıblar.

Redaktor.az-ın məlumatına görə, bu barədə paleontoloji jurnal “Ameghiniana” məlumat verib.

Bildirilir ki, əvvəllər bilinməyən iri otyeyən dinozavr növünün qalıq sümükləri Neuken şəhərinin cənub-şərqində aşkar edilib.

“Bu, bizim üçün dəyərli bir kəşfdir. Birincisi, bu dinozavr yeni bir titanozavr növüdür. İkincisi, bu, bilinən ən qədim titanozavrdır”, - deyə alimlər bildiriblər.

Paleontoloqların sözlərinə görə, qədim kərtənkələ 20 m uzunluğunda olub. Onun fosil sümüklərinin yaşı 140 milyon il hesablanıb.

Qeyd edək ki, indiyə qədər elm ən çoxu 120 milyon il əvvələ aid dəlillərlə qarşılaşıb. //Oxu.az 

Vumart və Güvən reklamı Vumart Güvən