“Buz krallığı”na çevrilmiş kabus şəhər - FOTO
Vorkuta şəhərindən 18 km şimal-şərqdə yerləşən Sementzavod qəsəbəsi qışda Qar Kraliçasının krallığına bənzəyir.
Redaktor.az bildirir ki, burada temperatur -40, hətta bəzən -50 dərəcəyə düşəndə tərk edilmiş binalar donla örtülmüş buz saraylarına çevrilir.
Qəsəbə ilə bağlı görüntülər artıq dünya mediasında geniş yayılıb.
Qeyd edək ki, Komi Respublikasında olan Sementzavod qəsəbəsi 1950-ci illərdə Vorkutin sement zavodunun işçiləri üçün salınıb. Qütb dairəsinin bu kiçik sivilizasiya adasında 4 minə qədər insanın yaşaması planlaşdırılmışdı.
1979-cu ildə firavan Sementzavodun əhalisi artıq 5,2 min idi. İşçilər və ailələri üçün yollar, mağazalar, uşaq bağçaları, məktəblər və hətta idman sarayı tikilmişdi.
1990-cı illərdə Rusiyada bir çox işçi qəsəbəsi böhran yaşadı. Sementzavod da istisna olmadı. 2000-ci illərin əvvəllərində zavod iflas etdi və əhali daha sürətlə buranı tərk etməyə başladı.
2021-ci il üçün Vorkutanın mikrorayonuna çevrilmiş qəsəbəsində təxminən 80 ailə qeydə alınıb. Bir neçə ildir ki, onları köçürməyə çalışırlar. Sementzavodun tamamilə ləğv olunmamasının səbəbi isə burada hərbi hissənin yerləşməsidir. //Oxu.az




















