Tatu aludəçisi olan gənc ata - FOTO

 07:50 11.03.2021     353

Vətənində “İblis” ləqəbi ilə tanınan tatu aludəçisi gənc dilini yarı bölüb, göz almasını qara rəngə boyayıb və bədəninə 19 pirsinq etdirib.

Redaktor.az məlumat verir ki, 24 yaşı olmasına baxmayaraq, Maurisio Mandozanın artıq səkkiz yaşında qızı var. Onun döymələrə marağı beş yaşında atası ilə tatu-seansa gedərkən başlayıb.

Maurisionun hazırda bədənində 160-dan çox tatunun olduğu bildirilir. Onların əksəriyyəti əhəmiyyətli hadisələrlə bağlıdır.

Gəncin tatu aludəçiliyi zaman keçdikcə peşəyə çevrilib, o, artıq özü üçün tatu-studiya açıb.

Mandoza ətrafdakıların çox vaxt onu tənqid etdiyini və “İblis” deyə çağırdıqlarını etiraf edir. Onların əksinə ailəsi və dostları onun bu həvəsini dəstəkləyirlər. //Oxu.az 

222
Vumart və Güvən reklamı Vumart Güvən