“YouTube” bu mövzudakı minlərlə videonu silib

 22:07 11.03.2021     330

“YouTube” 2020-ci ilin oktyabrından indiyədək koronavirus vaksinləri ilə bağlı yanlış məlumatların yer aldığı 30 min videonu silib.

Redaktor.az xəbər verir ki, bu barədə şirkətin sözçüsü Yelena Hernandez “The Hill” portalına açıqlamasında danışıb.

O bildirib ki, silinən videolar koronavirus peyvəndləri barədə yerli səhiyyə rəsmiləri və ya Ümumdünya Səhiyyə Təşkilatı ilə ziddiyyət təşkil edən iddialar ehtiva edir.

Şirkət rəsmisinin sözlərinə görə, “YouTube” 2020-ci ilin fevralından indiyədək koronavirusla bağlı yanlış məlumatlar yayan 800 mindən çox videonu silib.

Qeyd edək ki, “Facebook” və “Twitter” də COVID-19 vaksinləri ilə bağlı səhv məlumatların yer aldığı paylaşımları siləcəyini açıqlamışdı. //Qafqazinfo

Vumart və Güvən reklamı Vumart Güvən