Küçə iti uşaqlara hücum edib - VİDEO

 02:15 13.03.2021     407

Rusiyanın Novosibirsk şəhərində küçə iti azyaşlı uşaqlara hücum çəkib.

Redaktor.az bildirir ki, “Life Shot” “Telegram” kanalı bununla bağlı görüntüləri yayıb.

Kadrlardan görünür ki, it qızlardan birini yerə yıxıb. Onun rəfiqəsi isə heyvanı bütün qüvvəsi ilə uzaqlaşdırmağa çalışır, amma bacarmır.

Həmin vaxt yaxınlıqdan maşınla keçən insanlar düşərək, dərhal uşaqlara kömək ediblər.

İstintaq komitəsi baş verənlərlə bağlı yoxlamalara başlayıb. //Oxu.az 

Vumart və Güvən reklamı Vumart Güvən