Tükənməz həyat eşqi - 100 yaşlı yoqa müəllimi / FOTO

Yoqa təkcə idman deyil, həm də həyat tərzidir. Yoqada elə hərəkətlər var ki, cavan insanlar onları etməkdə çətinlik çəkir, amma 100 yaşlı amerikalı Qrinburq Tao Porşon-Linç bacarıqları ilə hər kəsi heyran edib.
Redaktor.az xəbər verir ki, avqust ayında 101 yaşı tamam olacaq xanım bədən quruluşu və bacarıqları ilə gənclərə meydan oxuyur. "The Stars" qazetinə müsahibə verən Tao uzunömürlülük sirrini açıqlayıb. Onun fikrincə, işin əsası idman və yoqada deyil, həyata münasibətdədir.
Taonun sözlərinə görə, o,“əbədi nikbinlik” sayəsində 100 yaşına çatıb. Qadın 7 yaşından etibarən yoqa ilə məşqul olduğunu, həmçinin rəqsə də marağının olduğunu deyib.
O, 2016-cı ildə 97 yaşında “America's Got Talent” proqramına qatılıb, orada 26 yaşlı ortağı ilə salsa rəqsini edib.



