Türkiyədə kiloqramı 150 lirəyə satılan meyvə - FOTO

 02:15 16.03.2021     373

Türkiyədə Aralıq və Ege dənizləri sahillərində yetişən qızıl çiyələk tərkibinin təbii lif və antioksidantla zəngin olması səbəbindən kifayət qədər yüksək qiymətə satılır.

Redaktor.az-ın məlumatına görə, hazırda unikal meyvənin bir kiloqramı 150 lirəyə (təxminən, 33 manata) alıcılara təqdim olunur.

Əksər hallarda altın çiyələk 100 qramlıq paketlər şəklində qablaşdırılır. Hər belə paketdə 13-14 meyvə olur.  

Qızıl çiyələyin yığımına fevralın sonlarından başlanılır və iyunun sonunadək proses davam edir.

//Oxu.az

Vumart və Güvən reklamı Vumart Güvən