Sahibindən qaçan ayı şəhəri bir-birinə qatdı - Rusiya / VİDEO

 01:15 18.03.2021     455

Rusiyanın Nijnevartovsk şəhərində ayı bütün şəhəri bir-birinə qatıb.

Redaktor.az bildirir ki, bununla bağlı kadrları “BAZA” “Telegram” kanalı yayıb.

Təfərrüat öyrəniləndə isə məlum olub ki, heyvan vəhşi deyil, əhliləşdirilmişdi. İlkin məlumatlara görə, heyvan yerli hotellərin birində saxlanılırmış və oradan qaçıb.

Bir saata yaxın şəhəri bir-birinə qatan hürkmüş ayı avtobus vurandan sonra sakitləşib. Bu dəfə də o, boruların arasına girərək heç kimi yaxınına buraxmayıb.

Heyvanın sahibi Ənvər Ağayev isə onun güllə ilə yatızdırılmasına icazə verib. Bundan sonra ayı qısa müddət ərzində zərərsizləşdirilib. //Oxu.az 

Vumart və Güvən reklamı Vumart Güvən