“Gucci” virtual idman ayaqqabılarını satışa çıxarıb

 06:15 18.03.2021     369

Dəbli geyim və aksesuarları ilə tanınan “Gucci” brendi virtual idman ayaqqabılarını satışa çıxarıb.

Redaktor.az-ın məlumatına əsasən, brendin ilk rəqəmsal ayaqqabılarını mobil tətbiq vasitəsilə əldə etmək olar. Ayaqqabıların qiyməti 12 dollardır.

İtaliyanın məşhur dəb evi öz yeni məhsulunu Belarusun “Wanna” IT şirkətilə birlikdə hazırlayıb. Ayaqqabını yüksək reallıq hissi yaradan “Wanna Kicks” mobil tətbiqi vasitəsilə əldə etmək, həmçinin geyib yoxlamaq mümkündür.

Qeyd edək ki, virtual ayaqqabıların ən üstün cəhəti onların heç vaxt korlanmamasıdır.

“Wanna” şirkətinin rəhbəri Sergey Axangelski bildirib ki, 5-10 ildən sonra dəbli brendlərin gəlirlərinin xeyli hissəsini məhz rəqəmsal məhsullar təşkil edəcək. Onlayn şoppinq zamanı isə statik şəkilləri daha maraqlı variantlar əvəz edəcək. Təklif edilən məhsulları virtual reallıq proqramları vasitəsilə geyib yoxlamaq mümkün olacaq. //Oxu.az 

Vumart və Güvən reklamı Vumart Güvən