Yataq otağının altında bomba sığınacağı aşkarladı

 04:50 23.03.2021     339

ABŞ-ın Kaliforniya ştatı sakini öz yataq otağında yeraltı bomba sığınacağına aparan girişi aşkar edib.

Redaktor.az xəbər verir ki, “Soyuq müharibə” dövründə inşa olunduğu güman edilən sığınacağın görüntüləri “Tik-Tok” sosial şəbəkəsində paylaşılıb.

Cennifer Litl evdəki mebelin yerini dəyişərkən bu tapıntını edib. Yeraltı sığınacaq çoxsaylı rəflərlə, ayaq yolu və iki mərtəbəli çarpayı ilə təchiz olunub. //Oxu.az