Ərdoğana Türkiyə yığmasında oynamaq təklif olundu - VİDEO

 14:28 25.03.2021     122

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Futbol üzrə 2022-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində öz meydanında Niderlandı 4-2 hesabı ilə məğlub edən milli komandanı təbrik edib.

Redaktor.az bildirir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Türkiyə Prezidenti qarşılaşmadan sonra milli komandanın baş məşqçisi Şenol Güneşə zəng vurub.

“Çox şad oldum. Belə bir dövrdə milli komandamızın Niderland kimi bir komandanı 4-2 hesabı ilə məğlub etməsi həqiqətən də məmləkətimizə, millətimizə qürur vermişdir”, - deyə R.T.Ərdoğan bildirib.

Öz növbəsində Türkiyə millisinin baş məşqçisi Şenol Güneş də R.T.Ərdoğana təşəkkürünü bildirib və zarafatla oyun zamanı hücumçuya ehtiyacları olduğunu qeyd edərək, dövlət başçısına hücumda oynamağı təklif edib.

Türkiyə lideri bundan sonra komandanın kapitanı Burak Yılmaza da öz təbriklərini çatdırıb. R.T.Ərdoğan Burak Yılmazın komandanın oyunlarını stadionda izləmək təklifinə də müsbət reaksiya verib. //Oxu.az