Kaliforniyada keçi ulduza çevrilib

 01:15 26.03.2021     129

"Məktub" ləqəbli keçi dalğalar üzərində üzməyi çox sevir. Onun sahibi bildirib ki, bu, ev heyvanını sakitləşdirir.

Redaktor.az-ın məlumatına görə, Kaliforniyada yaşayan Dan Makqreqor peşəkar sörfinqçidir. Bir neçə il əvvəl o, ev təsərrüfatı üçün keçi alıb. Den heyvanın vasitəsilə həyətyanı sahəsindəki alaq otlarına qarşı mübarizə aparmağı planlaşdırıb.

Günlərin birində Den öz ad gününü qeyd edərkən əylənmək məqsədilə keçi ilə birlikdə sörfinq edib. O zamandan etibarən heyvan bu məşğuliyyəti çox bəyənib.

Beləliklə də, sörfinqçi keçi ştatda əsl ulduza çevrilib. //Oxu.az