ABŞ-da kotecə daxil olan ayı cakuzidə vanna qəbul edib

 07:15 27.03.2021     841

ABŞ sakini Todd Treboni həyat yoldaşı ilə birlikdə Tennesiyə istirahətə yollanıb.

Redaktor.az xəbər verir ki, yerli istirahət mərkəzlərinin birində, kotecdə məskunlaşan cütlük səhər yuxudan ayılarkən qəribə qonaqla rastlaşıblar.

Qara ayı onların kotecinin qarşısında gəzişərək, həyətdəki cakuzidə vanna qəbul edib.

Vəhşi heyvanın məzəli görüntülərini mobil telefonla qeydə alan Todd videonu “Instagram” hesabında paylaşıb. //Oxu.az 

Vumart və Güvən reklamı Vumart Güvən