Pişik xəstə balalarını həkimin qəbuluna gətirdi - VİDEO

Türkiyənin İzmir şəhərində qəribə hadisə yaşanıb.
Redaktor.az-ın məlumatına görə, pişik 3 balasını şəhərin Səhiyyə İdarəsinə gətirib və miyoldayaraq yardım istəyib.
İdarə əməkdaşları bala pişiklərin gözlərində infeksiya olduğunu görərək, onları müalicə ediblər.
Müalicədən sonra ana pişik yenidən balalarına sahib çıxıb. //Oxu.az