Boksçunun paylaşdığı şəkil hər kəsi heyrətləndirdi - FOTO

 01:15 01.04.2021     311

Alman boksçu Çeyenn Hanson BDB International German Championship titulu uğrunda ukraynalı Alina Zaytseva ilə döyüşdən sonra şəklini yayımlayıb.

Redaktor.az bildirir ki, o, bununla bağlı fotonu özünün “Instagram” hesabında paylaşıb.

Qeyd edək ki, yarış zamanı idmançıların başları toqquşduqdan sonra referi mübarizəni dayandırıb. Travmaları səbəbiylə Hanson döyüşü davam etdirə bilməyib. O, xallar üzrə lider olduğu üçün texniki qələbə qazanıb.

Peşəkar karyerasına 2018-ci ildə başlayan Hansonun səkkiz qələbəsi və bir məğlubiyyəti var. //Oxu.az 

222