Üzən su nişanı buzu parçaladı - VİDEO

 03:15 06.04.2021     414

Rusiyanın Sankt-Peterburq şəhəri sakinləri maraqlı görüntülərin şahidi olublar.

Redaktor.az bildirir ki, Neva çayında lövbərlə çay dibinə bərkidilmiş su nişanı bu yaxınlaradək tamamən donmuş, lakin yazın gəlişilə tədricən əriyən su hövzəsi üzərindəki buzu parçalayıb.  

Görüntülər hadisə şahidləri tərəfindən mobil telefon vasitəsilə qeydə alınaraq, sosial şəbəkələrdə paylaşılıb.

Qeyd edək ki, çayda buzların əriməsilə bağlı şəhər sakinlərinə aprelin 15-dək suya daxil olmaq qadağan edilib. Bu müddətdən sonra Nevada buzların tamamən əriməsi gözlənilir. //Oxu.az