Üç həftə ərzində iki dəfə hamilə qalıb - İki oğlu dünyaya gəlib / FOTO

 04:15 10.04.2021     239

İngiltərənin Bedfordşir qraflığının sakini Qabriela Krsitmas üç həftə ərzində iki dəfə hamilə qalıb və əkiz uşaq dünyaya gətirib.

Redaktor.az bildirir ki, hamiləliyin beşinci həftəsində 30 yaşlı britaniyalının ultrasəs müayinəsi zamanı həkimlər dölün yanında kiçik kölgə görüblər. Yeddi həftə sonra, bunun üç həftə sonra döllənən ikinci uşaq olduğu aydın olub.

Həkimlər Kristmasın superfetasiya (qadınların 0.3 faizində rast gəlinən nadir anomaliya) keçirdiyini bildiriblər.

Uşaqlar qeysəriyyə əməliyyatı ilə dünyaya gəliblər. Böyük qardaş  Eduardo 2,8 kq, kiçik qardaşı Ezra isə 1,98 kq olub. Kristmas  ikinci uşağın vaxtından əvvəl dünyaya gəldiyi üçün reanimsasiyada qalacağından narahat olsa da, o, böyük qardaşı kimi sağlam olub.

“Onlar əkizdirlər, çünki eyni gündə doğulublar və eyni valideynləri var. Ancaq bu, eyni anda davam edən iki fərqli hamiləlik idi”, - deyə  Kristmas bildirib.

Onun sözlərinə görə, uşaqlara fərqli boylara sahib olduqları üçün fərqli ölçülərdə paltar almalı olur. Bu səbəbdən ətrafdakılar uşaqlarının əkiz olduğuna inanmırlar.

“Onlar yüz faiz əkizdir, çünki aralarında güclü bir əlaqə var. Ancaq eyni zamanda tamamilə fərqlidirlər. Eduardo sakit və yaradıcıdır, Ezra səs-küylüdür, hər şeyi dağıtmağı sevir”, - deyə Kritmas vurğulayıb. //Oxu.az

22222