İnamsızlıq kişini külli miqdarda uduşdan məhrum edəcəkdi

 06:15 10.04.2021     267

Avstraliyanın Sidney  şəhərinin sakini qızının inamsızlığına görə az qala böyük miqdarda  uduşdan məhrum olacaqdı.

Redaktor.az bildirir ki, kişi lotereyada 200 min Avstraliya dolları (təxminən 260 min manat) mükafat qazanıb. Oyun nümayəndələri avstraliyalıya müjdə vermək üçün zəng ediblər. Ancaq telefona qalibin qızı cavablandırıb. O, deyilənlərin gerçək olduğuna inanmayıb və dəstəyi asıb.

Qızın atası bunu eşidəndən sonra məlumatları yoxlamaq üçün dərhal yerli xəbər agentliyinə yollanıb. Orada həqiqətən də qalib olduğunu öyrəndikdə isə şoka düşüb.

Avstraliyalı pulu necə xərcləyəcəyi barədə bir neçə fikri olduğunu deyib.

“Onları ailəmlə bölüşəcəm, uşaqlarıma xərcləyəcəm. Bir neçə səfər etmək də istərdim”, - deyə kişi bildirib. //Oxu.az 

Vumart və Güvən reklamı Vumart Güvən