Maltada qopan barmağını Türkiyəyə apardı - FOTO / VİDEO

 06:30 13.04.2021     448

Türkiyəli Berk Altınəlli uzun illərdir mühəndis olaraq, beynəlxalq sularda üzən gəmilərdə çalışır.

Redaktor.az-ın “Haber Global”a istinadən məlumatına görə, iş sırasında qəza keçirən mühəndisin sağ əlindəki işarə barmağı orta büküşündən kəsilib.

Bu zaman Maltada olan Berk yerli həkimlərə müraciət etsə də, ona kəsik barmağını tullamağı məsləhət görüblər. O isə məsləhətlərə qulaq asmayaraq barmağını bel çantasına qoyub və Türkiyəyə qayıdıb.

11 saatlıq mikrocərrahiyyə əməliyyatından sonra mühəndisin barmağı uğurla yerinə tikilib.  

22
Vumart və Güvən reklamı Vumart Güvən