Təyyarədə təhlükəli vəziyyət sərnişinləri qorxudub - VİDEO

 05:24 14.04.2021     1019

Sosial şəbəkələrdə Soçi - Sankt-Peterburq marşrutu ilə hərəkət edən təyyarədə həyəcanlı anlarla bağlı kadrlar paylaşılıb.

Redaktor.az-ın məlumatına görə, hadisə Rusiyaya məxsus “Azur Air” şirkətinə məxsus təyyarədə baş verib. Kadrlarda oksigen maskalarının düşməsi və təlaşa düşmüş sərnişinlər əks olunub.

Bildirilir ki, səmada olarkən hava gəmisində hermetizasiya ilə bağlı problem yaranıb. Bundan sonra təyyarə yanacağın bitməsi üçün bir saat Qara dəniz üzərində dövr edib.

Göyərtəsində 190 sərnişin olan təyyarə yenidən Soçiyə geri qayıdıb. Eniş zamanı heç bir fövqəladə hal yaşanmayıb. //Oxu.az