Məhbuslar uşağı xilas ediblər - FOTO / VİDEO

 04:30 20.04.2021     235

ABŞ-ın Florida ştatında məhbuslar avtomobil yarmaq vərdişlərindən istifadə edərək  maşında bağlı qalan uşağı xilas ediblər.

Redaktor.az bildirir ki, floridalı kişi təsadüfən bir yaşlı qızını maşının içində qoyub. O, ətrafdakılardan yardım istəyib. Avtomobilin ətrafına çoxlu insanlar toplaşıb.

Həmin vaxt bir qrup məhbus yolun təmiri ilə məşğul idilər. Səs-küy onların da diqqətini cəlb edir. Məhbusların başının üzərində duran şerif floridalı kişiyə öz yardımını təklif edir.

Uşağın anasının çəkdiyi  videoda  məhbus geyimində olan bir qrup insanın avtomobilin qapısını açdığı görünür.

“Bu insanlar vaxtilə səhv ediblər. Biz onları cəmiyyətə qaytarmaq üçün reabilitasiya etməyə çalışırıq. Onların bir çoxu öz təqsirlərini, səhv seçim etdiklərini bilirlər, amma həyatı yenidən yoluna qaytarmaq istəyirlər”, - deyə hüquq mühafizəçi bildirib.

Beləliklə, məhbusların xüsusi bacarıqları sayəsində balaca qız sağ-salamat valideynlərinə qovuşub. //Oxu.az

2222