Əkizlər illər sonra qovuşublar - FOTO

 02:14 22.04.2021     324

Cənubi Koreyadan olan əkizlər 36 il sonra bir-birlərini tapıblar.

Redaktor.az bildirir ki, bacılar dünyaya gəldikdən sonra ABŞ-a fərqli ailələrə göndəriliblər. Sinert floridalı, Buşnell isə pensilvaniyalı ailə tərəfindən övladlığa götürülüb.

Molly Sinert və Emily Buşnell doğumları haqqında məlumatlı olmayıblar, lakin sonra hər iki qadın DNT testindən keçib. Onların sözlərinə görə, analizin cavabında həyatda əkiz bacılarının olduğunu eşidəndə çox təəccübləniblər.

Qadınlar sosial şəbəkədə ünsiyyət qurmağa başlayıblar. Ən maraqlısı isə onların bir-birlərindən xəbərləri olmasa da, həyatda atdıqları addımlar eyni olub.

Məsələn, hər iki qadın pişik saxlayıb. Onların ikisi də məktəbdə buraxılış gecəsinə eyni forma paltar geyiniblər və oxşar bəzək əşyası taxıblar.

“Bu, yəqin ki, həyatımızın çoxsaylı “əkiz anlarından” bəziləridir”, - deyə Buşnell vurğulayıb.

Bir-birləri ilə tanış olduqdan bir müddət sonra 36 yaşlı Buşnell qızı ilə birlikdə Floridaya bacısıgilə yollanıb.

“Bu, həyatımdakı ən xoşbəxt andır. Ömrümün son 36 ili məndən oğurlandı, hansı ki, onu əkizimlə yaşaya bilərdim”, - deyə qadın etiraf edib. //Oxu.az 

2222222222222