Marsda uğurlu addım: Oksigen əldə edildi - FOTO

 06:16 24.04.2021     1594

NASA-nın Marsdakı kəşfiyyat cihazı “Perseverance” “qırmızı planet”in atmosferindən aldığı karbondioksidi oksigenə çevirə bilib.

Redaktor.az xəbər verir ki, oksigen təminatını “Perseverance”ın sağ hissəsində yerləşən, MOXIE adlı cihaz həyata keçirib.

İlk olaraq bir kosmonavtın 10 dəqiqə nəfəs alması üçün bəs edəcək 5 qram oksigen istehsal olunub.

MOXIE mühəndisləri test və çalışmaları davam etdirərək oksigen əldə olunmasını artırmağı hədəfləyirlər.

Bu, Yerdən əhəmiyyətli dərəcədə oksigen daşımaq zərurətini aradan qaldıracaq. //Oxu.az 

222
Vumart və Güvən reklamı Vumart Güvən