Mark Zukerberq paparazzilərdən gizlənmək üçün bu üsula əl atıb

 05:14 29.04.2021     309

Feysbuk sosial şəbəkəsinin sahibi, milyarder Mark Zukerberq maraqlı açıqlama edib.

Redaktor.az xəbər verir ki, ötən ilin iyulunda sörfinq zaman paparatsilərin hədəfinə tuş gələn milyarder üzünə günəşdən qorunmaq üçün krem çəkməyinin əsas səbəbini açıqlayıb.

Havay adalarında istirahət zamanı görüntülənmək istəməyən Mark kremi üzünə tanınmamaq üçün vurduğunu bildirib.

Zukerberqin səylərinə baxmayaraq isə onun bu istəyi baş tutmamışdı. Sosial şəbəkə istifadəçiləri milyarderi hətta "Joker"ə bənzətmişdilər.