Üzünə maska çəkib polisi aldatdı - VİDEO

İndoneziyanın Bali adasında istirahət edən əcnəbi bloqerlər yerli polisi aldadıb.
Redaktor.az-ın məlumatına görə, üzünə maska rəsmi çəkərək asayiş keşikçisini çaşdıran Leya Se və onun dostu Coş Paler Linin sosial şəbəkədə paylaşdıqları video yerli hüquq-mühafizə orqanlarının diqqətini çəkib.
Pandemiyaya qarşı tətbiq edilən qaydaları pozduqları üçün xarici bloqerlərin ölkədən xaric edildiyi bildirilib.//Oxu.az