Ermənilərin “qəhrəmanlıq” himni də oğurluq çıxdı - VİDEO

 16:49 03.05.2021     545

Oğurluq və saxtakarlığın mahir ustası olan Ermənilərin daha bir yalanı üzə çıxıb. Bu dəfə onların “Hay Qajer” adlı mahnılarının oğurluq olduğu məlum olub.

Redaktor.az xəbər verir ki, bununla bağlı əməkdar jurnalist Vüqar Zəfəroğlu araşdırma aparıb. Məlum olub ki, sözügedən mahnı Türklərə məxsusdur. Araşdırmaçı jurnalist deyib ki, ermənilərin Birinci Qarabağ müharibəsinə aid hər zaman oxuduqları “Hay Qajer” musiqisi “Sarı bağlar” halay türküsüdür. Bu mahnı Türkiyənin Sivas və Diyarbəkir bölgəsində kifayət qədər məşhurdur. Həmin bölgələrdə keçirilən toylarda və şənliklərdə bu türki ifa edilir.

Ermənilər oğurladıqları musiqiyə qəhrəmanlıqlarını vəsv edən sözlər qoşaraq istifadə ediblər.

Daha ətraflı videodan izləyə bilərsiniz:

Aysel Hacıyeva / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən